Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bank daha bir innovativ yeniliyi ilk dəfə ölkəmizə gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank daha bir innovativ yeniliyi ilk dəfə ölkəmizə gətirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Azərbaycan Beynəlxalq Bankı daha bir innovativ yeniliyi ilk dəfə ölkəmizə gətirib. Bankda “IBA Bot” adlı robot fəaliyyətə başlayıb.

 

Reklam_3_11

Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri Nizami küçəsi – 67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra “IBA Bot” qarşılayacaq. Onların suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə zamanı müştərilərə istiqamət verəcək.

 

Azərbaycan Beynəlxalq Bankının müştəriləri “IBA Bot”un zəka və bacarıqlarına güvənə bilərlər. O, müştərilərlə çox asan və rahat ünsiyyət  qura bilir. Onların simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır. “IBA Bot” bank xidmət və məhsulları haqqında yetərincə məlumatlıdır. Müştərilər bütün suallarına ondan cavab ala bilərlər. Robot müştəriləri xidmət üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına sahibdir.

 

Elektron növbə cihazı ilə inteqrasiyadan sonra müştərilər öz növbə nömrələrini də birbaşa “IBA Bot”dan alacaqlar. Eyni zamanda, robot gələcəkdə digər bank sistemlərinə də inteqrasiya edərək bəzi xidmətləri göstərə biləcək.

 

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib: “Xidmət ofislərində bu cür robotlardan istifadə, hazırda dünyanın bir çox banklarının istifadə etdiyi praktikadır. Yenilikçi bank olaraq biz də bu təcrübəni ilk dəfə ölkəmizə gətirdik. “IBA Bot” adlı yeni əməkdaşımızla ünsiyyət, onun köməyindən istifadə müştərilərimiz üçün faydalı olacaq”.    

21.01.2020 12:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ