Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İQTİSADÇIDAN ETİRAZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İQTİSADÇIDAN ETİRAZ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib"


 

"Mənzillərin kirayə haqları  aşağı salınmalı, iki otaqlı mənzilin kirayə haqqı orta hesabla 321 manat  ətrafında olmalıdır".

 

Bunu iqtisadçı Qubad İbadoğlu kirayə evlərin ilkin qiymətləri ilə bağlı danışarkən bildirib.

 

Ekspert qeyd edib ki, kirayə evlər konsepsiyası sosial rifah dövlətlərinin təcrübəsində özünü doğruldub:

 

"Onun Azərbaycana gətirilməsi təqdir olunsa da, tətbiqi ilə əlaqədar hazırlanan mexanizmlər gerçək tələblərlə uzlaşmır və işlək deyil. Bu konsepsiyanın əsas hədəfi gənclərə qapı açmaq, onları mənzil probleminin həllinə yardım etməkdir. Belə olan halda təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib".

 

İqtisadçının sözlərunə görə, kirayə haqqı ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış  minimumunun dəyəri və ev təsərrüfatlarının ölçüsü  əsasında müəyyənləşdirilməlidir:


"Hazırkı hesablamalarla  2 otaqlı mənzilin kirayəsi üzrə orta aylıq ödənişlər 321 manat ətrafında olmalıdır. Odur ki, təklif edirəm ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiymətlərinə yenidən baxsın, onun aşağı salınması ilə əlçatanlığının yüksəldilməsinə nail olsun".

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Modern"

22.01.2020 05:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ