Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

199-da 12 metrlik avtobuslar işləyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
199-da 12 metrlik avtobuslar işləyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanvarın 23-dən 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik “Isuzu Citiport” markalı avtobuslar cəlb ediləcək.

 

Reklam_3_11

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, BNA-nın tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "Isuzu Citiport" markalı nəqliyyat vasitəsilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istifadəsinə yanvarın 23-dən veriləcək.

 

Göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

 

Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.

22.01.2020 14:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ