Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fermerlərə girovsuz kreditlər veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerlərə girovsuz kreditlər veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fermerlərin kredit götürərkən üzləşdikləri girov problemini həll etmək üçün yeni mexanizm hazırlanır.
 

Bu barədə Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda fermerlər emal müəssisəsi açdıqda əsas məqsədləri güəzştli kreditlərdən yararlanmaq olur. Lakin onlar banklara müraciət edəndə girov problemi ilə üzləşirlər.

 

E.Zeynalov bildirir ki, güzəştli kreditlərlə bağlı vəsait dövlət tərəfindən ayrılsa da, onların qaytarılmasına banklar cavabdehdir: "Bildiyiniz kimi bu kreditlərin qaytarılmasına banklar cavabdehdir. Dövlət qurumları - Sahibkarlığa dəstək milli fondu, AKİA, Kənd Təsərrüfatı nazirliyi nəzdində Aqrar İnkişaf Fondu tərəfindən verilən kreditlərin qaytarılmasına cavabdeh tərəf sonda yenə də banklardır" - deyə o bildirib.

 

E.Zeynalov bildirib ki, regionlarda torpaqların qiymətləri bahalaşır və qiymətlər artdıqda bu torpaqlar dəyər formalaşdırır və bu dəyər banklar tərəfindən qəbul olunur. Amma burada da problemlər var: "Problem ondan ibarətdir ki, torpaq girov əvəzi rəsmiləşdiriləndə sahibkar müflis olanda artıq torpaq da fermerin əlindən çıxır və girov keçir banka. Nəticədə ölkədə əkin sahələri azalır".

 

Nazir müavini bildirib ki, bu problemin həlli üçün KTN-in Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hökumətə maraqlı yeni biznes model təklif olunub: "Hesab edirik ki, təklif etdiyimiz model bu ilin ortalarından təklif tətbiq olunacaq. Bu imkan verəcək ki, fermerlərə girovsuz kreditlər verilsin. Artıq layihə çox mərhələdən keçib və son mərhələdədir. Bu mərhələdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi istiqamətində işlər aparılır" - deyə o bildirib. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "FED"

23.01.2020 05:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ