"İnflyasiyada mülayim artım siqnalları var"
Avropa Mərkəzi Bankının (AMB) yeni sədri Kristin Laqard (Christine Lagarde), bankın iclasının ardından keçirdiyi mətbuat konfransında açıqlamalar verib.
"Marja" xəbər verir ki, Laqard inflyasiyada bir miqdar mülayim artım siqnalları olduğunu qeyd edib.
AMB sədri, "Gələn məlumatlar iqtisadi artım dinamikalarında bir az sabitlik olduğuna işarə edir" deyərək, iqtisadi artıma qarşı risklərin daha az diqqətəçarpan olduğunu vurğulayıb.
İnflyasiyanı artırmaq üçün əhəmiyyətli dərəcədə təşviqə ehtiyacı olduğunu vurğulayan AMB sədri, "Struktur islahatlarına başlanmalıdır. Hökumətlər hərəkətə keçməlidir" deyib.
"Borclu ölkələr ehtiyatlı maliyyə siyasətləri aparmalıdır" deyən Lagard, daha çox iqtisadi artıma yönəlmiş maliyyə siyasəti çağırışını təkrarlayıb.
Laqard, ABŞ ilə Çin arasındakı birinci mərhələ ticarət razılaşmasının qeyri-müəyyənliyi azaltdığına diqqəti çəkib. O, Avropa Birliyi (AB) ilə ABŞ arasındakı ticarət mövzusunda çalışılmağa davam edilməsini gözlədiyini sözlərinə əlavə edib.
Xəbər verdiyimiz kimi, Avropa Mərkəzi Bankı (AMB) 2020-ci ilin ilk yığıncağında gözlənildiyi kimi faiz dərəcələrində dəyişikliyə getməyib. Pul siyasəti faizi sıfır, depozit faizi mənfi 0,50 və marjinal maliyyələşmə faizi də 0,25%-də saxlanılıb.
Bankın açıqlamasında inflyasiya hədəfinə yaxınlaşana qədər faizlərin mövcud səviyyədə ya da daha aşağı olacağı qeyd edilib. Qiymətli kağız alışı proqramının ehtiyac olduğu müddətdə davam edəcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl