Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyədə zəlzələ: 31 nəfər ölüb, 1556 nəfər yaralanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə zəlzələ: 31 nəfər ölüb, 1556 nəfər yaralanıb

Türkiyənin Elazığ və Malatya şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 31 nəfərə çatıb.

 

Bu barədə “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

 

Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində 1556 nəfər xəsarət alıb.

 

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsində Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

 

Zəlzələ bölgəsinə 1.689 çadır, 1.656 çarpayı və 9.200 ədyal çatdırılıb. Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.

25.01.2020 03:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ