Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Aviasiya sığortaçısının mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aviasiya sığortaçısının mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İpək Yolu Sığorta” ASC 2016-cı ili 3  milyon 44 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2015-ci illə müqayisədə təxminən 50% çoxdur. “İpək Yolu Sığorta” 2015-ci ildə 2 milyon 30 min manat xalis mənfəət açıqlamışdı.

 

Reklam_3_11

“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “İpək Yolu Sığorta” ASC-nin cəmi gəlirləri 23 milyon 494 min manat, cəmi xərcləri isə 19 milyon 688 min manat  təşkil edib. Şirkətin 2015-ci ildə cəmi gəlirləri 20 milyon 402 min manat, cəmi xərcləri isə 18 milyon 371 min manat olmuşdu.

 

Ötən il “İpək Yolu Sığorta”nın birbaşa sığorta üzrə topladığı  sığorta haqları 19 milyon 34 min manat təşkil edib (2015-də 18 milyon 88 min manat olmuşdu).

 

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılmışdır.   Şirkəti öz müştərilərinə geniş miqyaslı, o cümlədən, bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və sair növlər üzrə peşəkar sığorta xidməti göstərir. "İpək Yolu Sığorta" respublikada ilk dəfə olaraq aviasiya sığortası üzrə bir sıra lisenziya növlərinin yaradılmasının təşəbbüsçüsü kimi çıxış etmişdir.

07.04.2017 05:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ