İrana gedən Azərbaycan vətəndaşlarının sayında böyük artım
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5 milyon 567 min 700 nəfər olmuşdur.
"Marja" xəbər verir ki, ölkə vətəndaşlarının 36,7 faizi və ya 2 milyon 43 min nəfəri İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil etmişdir.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 12,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,6 faiz artmışdır.
2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,6 faizi dəmir yolu və avtomobil, 16,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Qeyd edək ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayının yüksək olması bu ölkəyə alış-veriş üçün səyahətlərin artması ilə bağlıdır. Bir çox azərbaycanlı gündəlik tələbat mallarını İran bazarlarından alır. İrandan mallarının ticarəti ilə məğul olanlar da artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl