Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Sabina”nın “İDEAL”a satıldığı bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sabina”nın “İDEAL”a satıldığı bildirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Sabina” mağazalar şəbəkəsinin satıldığı bildirilir. Məlumata görə, “Sabina” mağazaları “İDEAL Parfumery and Cosmetics" şirkəti tərəfindən alınıb.

 

Sövdələşmənin qiyməti hələki məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da məlumdur. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib.

 

Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.

 

Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha  əvvəl fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.

 

Məlumata görə, hazırda İDEAL mağazalar şəbəkəsi hüquqi cəhətdən "ADORE KOMPANİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Şirkət 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 3 milyon 200 min manat təşkil edir.  

 

"ADORE KOMPANİ"nin qanuni təmsilçisi isə Samir Yalçın oğlu Əliyevdir.

 

“Sabina” mağazalar şəbəkəsi isə 1994-cü ildə yaradılıb. “Sabina” parfümeriya şirkətlər qrupunun prezidenti Fuad Şıxəliyev 4 ay bundan əvvəl ürəktutmasından Fransanın Kann şəhərində vəfat edib.  Məlumata görə, bundan sonra şirkətin işlərində axsama qeydə alınıb və mərhumun ailəsi xaricdə yaşadıqları üçün onlar Azərbaycandakı bizneslərini satmaq qərarına gəliblər.

 

Qeyd edək ki, Fuad Şıxəliyev azərbaycanlı milyarder Araz Ağalarovun dayısı nəvəsidir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Ena 

27.01.2020 13:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ