Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Bakı Gəmiqayırma Zavodu"nda paylar dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı Gəmiqayırma Zavodu"nda paylar dəyişib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Bakı Gəmiqayırma Zavodu" MMC-də pay strukturu dəyişib


 

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) “Bakı Gəmiqayırma Zavodu” MMC-də pay iştirakının yeni strukturunu açıqlayıb. Məlumata görə, AİŞ-in iştirak payı 25%-dən 8,95%-ə düşüb.

 

Dəyişikliklərdən sonra, SOCAR (Dövlət Neft Şirkəti) törəmə ofşor şirkəti olan “Mercury Investment & Holdings LTD” (Men adası) vasitəsilə gəmiqayırma zavodunda 57,94% və birbaşa 29.53% paya malikdir. Bakı Gəmiqayırma Zavodu” MMC-də pay iştirakının 3,58%-i Sinqapurun "Keppel Construction" şirkətinə məxsusdur.

 

"Bakı Gəmiqayırma Zavodu" Azərbaycanda və digər Xəzəryanı ölkələrdə yeni gəmi tikintisinə olan tələbatı təmin etmək üçün yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə zavoddur. 

 

Layihənin dəyəri 470 milyon dollardır (160 milyon dolları əsas və  310 milyon dolları borc kapitalı).

 

Zavod 2013-cü ildə istismara verilib.

27.01.2020 19:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ