Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

PAŞA Bank proqramçılar müsabiqəsinin qaliblərini açıqladı - ADLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank proqramçılar müsabiqəsinin qaliblərini açıqladı - ADLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə proqramçılar üçün ilk dəfə keçirilən "PASHA Bank Cup" müsabiqəsinin nəticələrini açıqlayıb.

 

Reklam_3_11

Yanvar ayının 25-də Bakı Mühəndislik Universitetində keçirilən proqramlaşdırma yarışmasının sonuncu mərhələsində 38 finalçı iştirak edib.

 

Azərbaycanın proqramlaşdırma sahəsinin aparıcı mütəxəssisləri 4 saat müddətində 8 alqoritmik tapşırıqdan ibarət olan yarışmada öz qüvvələrini sınayıb. Müsabiqənin nəticələri münsiflər heyətində təmsil olunan Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov və PAŞA Bankın Rəqəmsal Laboratoriyasının baş proqramçısı Rəşad Əmircanov tərəfindən açıqlanıb. Beləliklə, fərqli kateqoriyalar üzrə göstəriciləri ən yüksək olan və tapşırıqları ən tez cavablandıran 10 iştirakçı qalib elan edilib.

 

“PASHA Bank Cup” yarışmasının qaliblərinin adları:

   
 

Yer

Nəticə (%)

Mükafat

Kateqoriya: peşəkarlar

Fərid Əhmədov 

1

100

Apple Macbook Pro 15.4 2018 Touch

Rəşad Məmmədov 

2

100

Apple iPad 9.7 32Gb Wi-Fi Grey

Eldar Mustafayev 

3

75.82

Apple AirPods 2

    

Kateqoriya: tələbələr

   

Ülvi Aslanlı 

1

100

Apple iPad 9.7 32Gb Wi-Fi Grey

Nicat Hüseynov  

2

77.56

Apple AirPods 2

Kamal Bağırlı 

3

69.56

E-reader Pocketbook 614 Black

    

Kateqoriya: şagirdlər

   

Murad Eynizadə 

1

100

Apple AirPods 2

Əziz Hüseynov 

2

100

E-reader Pocketbook 614 Black

İbrahim Tağızadə 

3

82.6

Xiaomi Mi Band 4

Hüseyn Hacıyev 

4

82.6

Xiaomi Mi Band 4

 

Qeyd edək ki, proqramçılar üçün nəzərdə tutulan "PASHA Bank Cup" müsabiqəsi Bakı Mühəndislik Universitetinin dəstəyi ilə həyata keçirilib. Bundan əvvəl keçirilən 4 təsnifat mərhələsi online şəkildə HackerRank platforması üzərindən keçirilib. Bu mərhələlərdə ümumi olaraq 163 nəfər iştirak edib. 

 

PAŞA Bank Azərbaycanda proqramlaşdırma sahəsinin daha da inkişaf etdirilməsini, bu sahədə çalışan mütəxəssislərin, təhsil alan tələbələrin, eləcə də şagirdlərin daha dərin biliklərə və peşəkar bacarıqlara yiyələnməsini hədəfləyən müsabiqələri müntəzəm olaraq keçirmək niyyətindədir.

28.01.2020 11:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ