Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kirayə üçün alınmış mənzillərin orta bazar qiyməti açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kirayə üçün alınmış mənzillərin orta bazar qiyməti açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən mənzillər orta bazar qiymətlərindən daha aşağı qiymətlər ilə alınıb”.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib.

 

Kələşov, “Orta qiyməti səsləndirə bilərəm. Bugünə, İpoteka və Kredit Zəmanəti Fondunun aldığı mənzillərin orta bazar qiyməti ümumi mənzil fondu üzrə 1300 manata yaxın məbləğdir (1 kvadrat metr üçün -red). Nəzərə almaq lazımdır ki, bu mənzillər alış anına tam təmirli, çıxarışı olan mənzillərdir”, - əlavə edib.

 

Fondun sədri satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbuluna yaxın günlərdə başlanacağını bildirib. 

 

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. 

 

İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə 331 mənzil veriləcək. 2020-ci il ərzində bu sayın 5-6 qatı qədər sayda (1600 -2000 civarında) mənzillərin kirayəyə verilməsi nəzərdə tutulur. 

28.01.2020 18:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ