Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Milyarder Azərbaycandakı bankından cüzi qazandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milyarder Azərbaycandakı bankından cüzi qazandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Yelo Bank” (keçmiş “Nikoil Bank”) 135 milyon 200 min manat zərərin ardından cüzi mənfəət əldə edib.

 

“Yelo Bank” 2019-cu ili təxminən 69 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2018-ci ili 135 milyon 200 min manat zərər ilə bağlamışdı. Həmin il zərər Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 172 milyon 156 min manatın ayrılmasından qaynaqlanırdı.

 

GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Yelo Bank”ın cəmi gəlirləri (faiz və qeyri faiz) 20,9% və ya 13 milyon 115 min manat azalaraq 62 milyon 710 min manat təşkil edib. Bank 2018-ci ildə 75 milyon 825 min manat cəmi gəlir əldə etmişdi.

 

“Yelo Bank”ın faiz gəlirləri 10 milyon 464 min manat və ya 15,4% azalaraq 2018-ci ildəki 68 milyon 136 min manatdan 2019-cu ildə 57 milyon 672 min manata geriləyib.

 

Qeyri-faiz gəlirləri isə 2 milyon 651 min manat və ya 34,5% azalaraq 5 milyon 38 min manata düşüb.

 

2018-ci illə müqayisədə 2019-cu ildə “Yelo Bank”ın cəmi xərcləri 12 milyon 101 min manat və ya 31,1% artaraq 50 milyon 971 min manat təşkil edib. 2018-ci ildə Bankın cəmi xərcləri 38 milyon 870 min manat təşkil etmişdi.

 

ƏMƏLİYYAT MƏNFƏƏTİ 3 DƏFƏDƏN ÇOX AZALIB

 

Ötən il “Yelo Bank”ın cəmi gəlirləri cəmi xərclərini üstələdiyindən 11 milyon 739 min manat əməliyyat mənfəəti formalaşıb, bu, 2018-ci illə müqayisədə 3,1 dəfə azdır. Bank 2018-ci ildə 36 milyon 955 min manat əməliyyat mənfəəti əldə etmişdi. Əməliyyat mənfəətinin azalması “Yelo Bank”ın faiz və qeyri-faiz gəlirlərinin azalması ilə bərabər faiz və qeyri-faiz xərclərinin artması ilə bağlıdır.

 

“Yelo Bank” ötən ilki 11 milyon 739 min manat əməliyyat mənfəətinin 11 milyon 670 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və nəticədə ili 69 min manat xalis mənfəət ilə bağlayıb.

 

Müqayisə üçün qeyd edək ki, “Yelo Bank” 2018-ci ildə  ildə 36 milyon 955 min manat əməliyyat mənfəəti əldə etməsilə bərabər, Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 172 milyon 156 min manatın ayırdığından 135 milyon 200 min manat zərərə düşmüşdü.

 

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

31 Dekabr 2019-cu il tarixində “Yelo Bank” 484 milyon 727 min manat cəmi aktivlərə malik olub, bu, 2018-ci ilin sonu ilə müqayisədə 67 milyon 687 min manat və ya 16,2% çoxdur. 31 Dekabr 2018-ci il tarixində “Yelo Bank” 417 milyon 40 min manat cəmi aktivlərə malik idi.

 

“Yelo Bank”ın müştərilərə verdiyi cəmi kreditlər 2019-cu ildə 21 milyon 635 min manat və ya 7,6% artaraq 304 milyon 348 min manata çatıb.

 

“Yelo Bank”da depozitlər 85 milyon 579 min manat və ya 37,4% artaraq 2019-cu ilin sonunda 314 milyon 245 min manat təşkil edib.

 

31 Dekabr 2019-cu il tarixində “Yelo Bank” 68 milyon 957 min manat məcmu kapitala malik olub. 2018-ci ilin sonunda bu məbləğ 67 milyon 895 min manat idi.

 

"Yelo Bank"ın əsas səhmdarı, Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri, azərbaycan əsilli milyader Vahid Ələkbərovdur.   

29.01.2020 06:06

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ