Sənaye parklarındakı müəssisələrdə gömrük-tarif tənzimlənməsi həyata keçiriləcək
Azərbaycanın sənaye və texnologiya parklarında qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərə məxsus müəssisələrində gömrük-tarif tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə yerli istehsal müəssisələrinin tələbatının ödənilməsi məqsədilə ölkədən çıxarılan mis xammalına ixrac rüsumlarının tətbiq edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar layihəsi hazırlayıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edib.
O bildirib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanına əsasən ölkədə ağır sənaye və maşınqayırmanın inkişafı ilə əlaqədar Sumqayıt, Neftçala, Hacıqabul və digər sənaye parklarında, həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkında qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslər tərəfindən yaradılmış müəssisələrin istehsal gücləri artdıqca, daxili tələbatın ödənilməsi nəzərə alınaraq gömrük-tarif tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl