Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gəlirləri 50 milyon manatı, mənfəəti isə 10 milyon manatı aşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəlirləri 50 milyon manatı, mənfəəti isə 10 milyon manatı aşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il rebrendinq etmiş “Rabitəbank” ASC 2019-cu ili 11 milyon 119 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 3,6 dəfə artıb. “Rabitəbank” 2018-ci ili 3 milyon 124 min manat xalis mənfəətlə bağlamışdı. Qeyd edək ki, xalis mənfəətdəki artım Bankın cari gəlirlərinin artmasından qaynaqlanır. 

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il bir əvvəlki illə müqayisədə “Rabitəbank”ın cəmi gəlirləri 6 milyon 342 min manat və ya 13,9% artaraq 51 milyon 997 min manata yüksəlib. Bank 2018-ci ildə 45 milyon 655 min manat cəmi gəlir əldə etmişdi.

 

2018-ci ildə “Rabitəbank”ın faiz gəlirləri 35 milyon 361 min manat ikən, 2019-cu ildə 41 milyon 838 min manata təşkil edib.

 

2018-ci illə müqayisədə 2019-cu ildə “Rabitəbank”ın cəmi xərcləri 3 milyon 586 min manat və ya 9,7% artaraq 40 miylon 543 min manata yüksəlib. 2018-ci ildə Bankın cəmi xərcləri 36 milyon 958 min manat təşkil etmişdi.

 

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

 

Ötən il “Rabitəbank”ın cəmi gəlirləri cəmi xərclərini üstələdiyindən 11 milyon 454 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 335 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb və Bank ötən ili 11 milyon 119 min manat xalis mənfəətlə bağlayıb.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Rabitəbank”ın əməliyyat mənfəəti 8 milyon 697 min manat təşkil etmiş, əməliyyat mənfəətinin 5 milyon 574 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrıldığından 3 milyon 124 min manat xalis mənfəət qalmışdı.

 

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB

 

2018-ci illə müqayisədə 2019-cu ildə “Rabitəbank”ın cəmi aktivləri 32 milyon 128 min manat azalaraq 739 milyon 984 min manata düşüb. Bank 2018-ci ilin sonunda 772 milyon 112 min manat cəmi aktivlərə malik idi.

 

Ötən il müştərilərə verilmiş kreditlər 59 milyon 173 min manat və ya 18,6% artaraq 376 milyon 938 min manata yüksəlib. 2018-ci ilin sonunda Bankın müştərilərə verdiyi cəmi kreditlər 317 milyon 764 min manat təşkil etmişdi.

 

31 Dekabr 2019-cu il tarixində "Rabitəbank" 114 milyon 31 min manat məcmu kapitala malik olub.

31.01.2020 04:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ