Azərbaycan şirkəti Almaniyaya geyimlər ixrac edəcək
"Bakı Tekstil Fabriki tekstil məhsulunun ixracı ilə bağlı Avropadakı tərəfdaşlarla müqavilə bağlamağı planlaşdırır".
"Marja" xəbər verir ki, bunu Bakı Tekstil Fabrikinin baş direktoru Səkinə Babayeva bildirib.
Səkinə Babayeva, "160 min manat məbləğində tekstil məhsulunun tədarük olunması gözlənilir" deyərək sözlərinə belə davam edib:
"Fevral ayında Almaniyaya qadın, kişi və uşaq geyimlərinin ixracı ilə bağlı müqavilə imzalamğı planlaşdırırıq. Hazırda müəssisə Almaniyaya bir neçə dəfə tədarük həyata keçirib və bu ölkədə tərəfdaşlarla münasibətlər yaradıb. Bu günədək Bakı Tekstil Fabriki Almaniyaya 9 milyon manatdan çox məhsul ixrac edib. Ötən il fabrikin bu ölkəyə ixracı 2,5 milyon manat artıb. Hesabat dövründə Almaniyaya müxtəlif növ qadın, kişi və uşaq geyimləri tədarük edilib. Uşaq alt geyimləri və corab ixracı 800 min manatdan çox olub. Xarici tərəfdaşlarla müqavilə bağlandıqdan sonra bu ixrac göstəricilərini artırmağı planlaşdırırıq".
"RUSİYA VƏ ƏRƏB ÖLKƏLƏRİNDƏN SİFARİŞLƏR ALMIŞIQ"
Səkinə Babayeva əlavə edib ki, 2019-cu ildə Bakı Tekstil Fabriki istehsal həcmini 2018-ci illə müqayisədə 40 faiz artırıb:
"Bu gün fabrik aylıq 550-600 min manat məbləğində məhsul istehsal edir. Bu il biz yeni istehsal xətlərinin açılması və tekstil məhsulları çeşidlərinin genişləndirilməsi hesabına bu göstəricini 700-750 minədək artırmağı planlaşdırırıq. Müəssisənin yaxın dövr üçün planları arasında yeni hazır məhsul xəttini, o cümlədən qadın, kişi və uşaq geyimlərini təqdim etməkdir. Qadın geyimlərinin aylıq həcmi 30-35 min ədəd təşkil edir. Yeni xəttin işə düşməsi istehsalı ayda 40-45 min ədədədək artırmağa imkan verəcək. Hesab edirəm ki, bu, hazır geyimin ixrac olunmasına müsbət təsir göstərəcək. Hazırda müəssisə yeni növ qadın geyimlərinin hazırlanmasını başa çatdırıb, biz bu məhsul xəttini yeniləməyi planlaşdırırıq. Yeni xəttin işə düşməsi 2020-ci ilin mart-aprel aylarında planlaşdırılır ki, bu da istehsal həcminə müsbət təsir göstərəcək. Məhsul əsasən ölkə xaricinə ixrac olunacaq. İdxalçı ölkələr qismində Rusiya və Səudiyyə Ərəbistanı nəzərdən keçirilir. Fabrik, həmçinin yeni növ kişi geyimləri üzərində işləyir. Ötən il fabrikdə kişi geyimlərinin istehsalı 10-15 faiz artıb. Bu göstəricini bu il 2 dəfə artırmağı planlaşdırırıq. Bu gün kişi geyimlərinin istehsal həcmi ayda 5 min ədəd təşkil edir. Bu göstəricini 8-10 min ədədədək çatdırmaq üzərində işləyirik. Fabrik ayda 550-600 min manat məbləğində tekstil məhsulu reallaşdırır, bu il bu göstəricini 700-750 min manatadək çatdırmağı planlaşdırırıq. Bu ilin birinci yarısında biz ixrac əməliyyatlarını artırmağı planlaşdırırıq.Tekstil məmulatlarının ilkin bazarı qismində Rusiya və BƏƏ nəzərdən keçirilir. Ötən il bu ölkələrə qadın, kişi və uşaq geyimlərinin müxtəlif modelləri ixrac olunub. Hazırda bu ölkələrdən potensial müştərilərdən ixracla bağlı təkliflər var. Bununla yanaşı, müəssisə corab istehsalını ayda 18 min cütədək artırıb. Ötən il bu göstərici 10 min cüt, 2017-ci ildə isə 5-6 min cüt təşkil edirdi. Fabrik həm ölkə daxilində böyük tələbatla əlaqədar, həm də ixrac məqsədi ilə bu tekstil məhsulunun istehsal həcmini artırmağı davam etdirir. Hazırda Rusiya və ərəb ölkələrinə tədarüklə bağlı müraciətlər daxil olub. Bununla əlaqədar olaraq, biz 2020-ci ilin ilk üç-dörd ayı ərzində ixraca başlamağı planlaşdırırıq. Bu istiqamətdə danışıqlar aparırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
18 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır