Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünyanın ən bahalı aviabrendləri məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən bahalı aviabrendləri məlum olub

2017-ci ildə dünyanın ən bahalı hava yolları brendlərinin siyahısı açıqlanıb.  "Brandirectory" saytında verilən məlumata görə, ən dəyərli hava yolları brendləri siyahısına ümumilikdə 50 şirkət daxil olub.

 

Siyahının birincisi "American Airlines" olub. Ötən il siyahının üçüncüsü olmuş və 6,156 mlrd. dollar dəyərində qiymətləndirilən bu brendin dəyəri 2017-ci ildə 9,811 mlrd. dollar təşkil edib. Siyahıda ikinci olan "Delta" (ABŞ şirkəti) ötənilki yerini sabit saxlayıb. 2016-cı ildə brendin dəyəri 6,301 mlrd. dollar olsa da, bu il 9,232 mlrd. dollar təşkil edib.

 

Ötən il 5-ci olan "United" aviaşirkətinin (ABŞ) brendi 2017-ci ildə 3-cü pilləyə yüksəlib. Brendin dəyəri 4,474 mlrd. dollardan 7,161 mlrd. dollara yüksəlib.

 

2016-cı ildə bu siyahının lideri olan "Emirates Airlines" brendi (BƏƏ) bu il 4-cü mövqedə qərarlaşıb. 2016-cı ildə onun bazar dəyəri 7,743 mlrd. dollar təşkil etsə də, 2017-ci ildə 6,082 mlrd. dollara düşüb. 

 

Ötən il (3,679 mlrd. dollar) siyahıda 8-ci olan "Southwest" brendi (ABŞ) 2017-ci ildə (6,001 mlrd. dollar) 5-ci olub, "China Southern Airlines" aviabrendi 4,388 mlrd. dollardan 4,475 mlrd. dollara yüksəlsə də 6-cı mövqedə qalıb. 

 

Siyahıda sonrakı yerləri ötən il 10-cu (3,436 mlrd. dollar), bu il isə 7-ci (3,920 mlrd. dollar) olan "China Eastern Airlines", 2016-cı ildə (4,154 mlrd. dollar) 7-ci yerdən 2017-cı ildə (3,865 mlrd. dollar) 8-ci yerə geriləyən "Air China" olub. 

 

Növbəti geriləmə İngiltərə aviabrendi üzrə müşahidə edilib. Belə ki, aviabrendlər sırasında 2016-cı ildə 4-cü olan "British Airways" (4,621 mlrd. dollar) 2017-ci ildə (3,708 mlrd. dollar) öz mövqeyini itirib və 9-cu olub. TOP-10-u bazarda öz mövqeyini xeyli yaxşılaşdıran Yaponiyanın "ANA" brendi tamamlayır. Belə ki, aviaşirkətin brendi 2016-cı ildəki 1,805 mlrd. dollardan (15-ci sıra) bu il 2,586 mlrd. dollara kimi bahalaşıb.

 

Qeyd edək ki, 2017-ci ilin bahalı aviabrendləri siyahısında geriləyənlərdən "Turkish Airlines" (11-dən 16-ya düşüb, dəyəri açıqlanmır), "Qatar Airways" (9-dan 12-yə, bazar dəyəri açıqlanmır) olub. Rusiyanın "Aeroflot" aviabrendi isə 29-cu yerdən 26-ya yüksəlib.

07.04.2017 12:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ