Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

STP ruslarda xoş təəssürat yaratdı - məhsulları Stavropol bazarına çıxarıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
STP ruslarda xoş təəssürat yaratdı - məhsulları Stavropol bazarına çıxarıla bilər

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatorunun müavini, vilayətin iqtisadi inkişaf naziri Andrey Murqanın başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

 

Reklam_3_11

STP-nin baş direktoru Emin Məmmədov qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd etdi ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.


Qonaqlar əvvəlcə hazırda fəaliyyət göstərən zavodlarla tanış oldu, onlara istehsal prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 17 zavod işə salınıb və qısa bir zamanda daha üç müəssisə də istifadayə veriləcək.

 

Daha sonra nümayəndə heyəti ilə ikitərəfli görüş keçirildib. Texnoparkın baş direktoru gələcəkdə STP-nin məhsullarının Stavropol bazarına çıxarılması perspektivləri, iqtisadi əməkdaşlıq əlaqələri haqqında danışıb. İstehsal prosesi ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb.

 

Nümayəndə heyətinin rəhbəri Andrey Murqa qonaqpərvərliyə görə minnətdarlığına bildirib. Müəssisənin iş prosesini maraqla izlədiklərini və Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını qeyd edib. Azərbaycan ilə Rusiyanın Stavropol vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğunu vurğulayıb. STP rəhbərliyini ilin sonunda Stavropol vilayətində keçirilməsi planlaşdırılan Rusiya-Azərbaycan biznes forumunda iştirak etməyə dəvət edib.

07.04.2017 13:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ