Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Qış bitmək üzrədir, amma Bakıda mənfi temperatur qeydə alınmayıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qış bitmək üzrədir, amma Bakıda mənfi temperatur qeydə alınmayıb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı açıqlama yayıb.

 

Departamentin direktoru Umayra Tağıyeva bildirib ki, qış bitmək üzrədir, amma Bakıda hətta gecələr də mənfi temperatur qeydə alınmayıb:

 

“İqlim dəyişikliyi nəticəsində bütün dünya üzrə anomal hadisələrin sayı artıb. Bu tendensiya son bir neçə ildir müşahidə olunur, ancaq bu qış xüsusilə Azərbaycanda və Avropanın bir çox ölkələrində açıq şəkildə özünü büruzə verir. Məsələn, Aralıq dənizi ölkələrində 24-27 dərəcə isti, həqiqətən bahar havası var. Bakıda havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarıdır və yaxın 2 gün ərzində paytaxtda 14-17 dərəcə isti gözlənilir, küləkli cənub-qərb küləyi fonunda, çöl zonasında temperatur 20 dərəcəyə yaxınlaşacaq”.

 

U. Tağıyeva deyib ki, bununla belə, uzun müddət davam edən qeyri-adi isti hava şəraitindən sonra, soyuq arktik hava kütlələri ölkə ərazisinə keçəcək. Fevralın 7-si axşamdan başlayaraq Bakıda şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi, fevralın 8-i səhərədək küləyin sürətinin 30-35 m/s-dək artacağı gözlənilir. Fevralın 9-da havanın temperaturunun aşağı düşməsi fonunda yağış, bəzi yerlərdə sulu qar və qar yağacaq. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

05.02.2020 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ