Nazirlik meşələrdən 7,1 ton qoz yığıb
2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilmiş, o cümlədən 14,0 min hektarda meşəbərpa tədbirləri aparılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilmiş, o cümlədən 12,0 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilmiş və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilmişdir. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılmışdır.
Ümumilikdə 2019-cu ildə meşə ilə örtülü sahələrdən 38,1 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilmişdir ki, bunların da 7,1 tonu qoz, 0,4 tonu ərik, 0,4 tonu şaftalı, 26,6 tonu palıd, 2,8 tonu digər ağac və kol cinslərinin toxumlarının payına düşmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl