Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yağ şirkəti də valyutaya görə cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yağ şirkəti də valyutaya görə cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatası “AlpenFood” MMC-nin barəsində inzibati protokol tərtib edib.

 

Məlumata görə, Xətai Rayon Məhkəməsi protokola əsasən, şirkəti 2 669 ABŞ dolları məbləğində cərimə edib.

 

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

 

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

“AlpenFood” MMC Ukraynadan “Alpenfood” nişanlı bitki-kərə qarışıqlı yağı (spred) yağı idxal edir.

 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Prezident İlham Əliyevin 28 noyabr 2019-cu il tarixli qərarı ilə ləğv edilib. Palata protokolu ləğv olunmazdan əvvəl tərtib edib.

 

Hal-hazırda qüvvədə olan Qaydalara əsasən, xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə  və  ya qabaqcadan ödənilmiş  məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirlər. Təklif olunur ki, valyuta tənzimi əvvəlki formaya 360 günə qaytarılsın və bundan əlavə bəzi mürəkkəb avadanlıqların idxalı zamanı xüsusi mexanizmlər, məsələn sövdələşmə tarixçəsi tətbiq edilsin.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

05.02.2020 12:47

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ