Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bankları bu günə onların rəhbərləri salıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bankları bu günə onların rəhbərləri salıb”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə edilir.

 

Müzakirələrdə çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycandakı kommersiya banklarının maliyyə vəziyyətinin pisləşməsi iqtisadi böhranla bağlı deyil: “Bankları bu günə onların rəhbərləri salıb. Rəhbər şəxslər öz mənafeyini güdüb. Bu məsələ sağlamlaşdırılmalıdır". 

 

"Deyirlər, “körpü-bank”lar yaradılsın. Kim deyə bilər ki, sabah o “körpü-bank” bu banklar kimi işləməyəcək?! Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib. İndi dövlət həmin pulların dalınca düşüb", - deyə deputat qeyd edib.

 

Pparlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə əlavə edib ki, Azərbaycanda bu gün fiziki və hüquqi şəxslərə kredit verilməsi faktiki dayanıb: "Yaxşı olar ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə diqqət yetirsin. Bundan başqa, dollarla verilmiş kreditlərin, vaxtı keçmiş bank borclarının necə qaytarılması məsələsinə artıq baxılmalıdır”.

 

© Report

07.04.2017 14:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ