Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Audi-lər svetaforların siqnallarını əvvəlcədən bilərək daha effektiv hərəkət edir! - VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Audi-lər svetaforların siqnallarını əvvəlcədən bilərək daha effektiv hərəkət edir! - VİDEO

(®) Audi Traffic Light Information xidməti hələ 2016-cı ildə Las-Veqasda təqdim olunsa da, sistemin təkmilləşdirilməsi və genişləndirilməsi davam edir.

 

Audi avtomobillərində svetaforlar haqqında informasiyanın olması rahatlığı, təhlükəsizliyi və yollarda effektivliyi artırır. Araşdırmalar təsdiq edir ki, bu texnologiya yanacaq sərfiyyatını azaltmağa kömək edir. Artıq, Avropada da, Almaniyanın İnqolşdadt və Düsseldorf şəhərlərində Audi svetaforların informasiya xidmətini tətbiq edir.

 

Hazırda bu xidmətə qoşulan svetaforların sayı artırılır. Svetaforlar haqqında informasiya yaşıl işıq üzrə sürəti optimallaşdırır və yaşıl işığın yanmasına qalan vaxtı təyin edir. Bu məlumatlar sayəsində sürücülər ehtiyac olmadığı halda sürəti artırmır. Beləliklə, yollarda stress yaşanmır və daha təhlükəsiz hərəkət baş verir. Sistem həm də svetafora 250 m qalmış sürətin tədricən azaldılmasını təklif edə bilər. Yaşıl işıq yandığı zaman Audi hərəkəti davam etdirir və yolda daha qənaətcil rejim əldə olunur. Əgər qırmızı işıqda dayanmaq qaçılmazdırsa yaşıl işığın yanmasına qalan vaxt saniyələrlə geri sayım formasında əks olunur. Bu halda sürücü ayağını qaz pedalından çəkə və yanacağa qənaət edə bilər.

 

Audi və onun layihədəki tərəfdaşı Traffic Technology Services (TTS) müxtəlif mənbələrdən informasiya alaraq dəqiq proqnozlar hesablayan mürəkkəb analitik alqoritim hazırlayıblar. Alqoritm hətta günün müxtəlif saatlarında traffiki, ictimai nəqliyyatın hərəkət qrafikini, uşaqların məktəb və bağçalardan çıxış vaxtlarını nəzərə alır. Araşdırmalar göstərir ki, şəhərdəki svetafor şəbəkələrinin informasiyası sayəsində sürücülər daha effektiv hərəkət edirlər. Pilot layihə yanacaq sərfiyyatını 15% azaltmağa imkan verib.

06.02.2020 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ