Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Pensiya artımı ilə pensiyaçılara əlavə 560 milyon manat ödəniləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pensiya artımı ilə pensiyaçılara əlavə 560 milyon manat ödəniləcək

Əgər ötən ilki pensiya atımı 750 mindən çox pensiyaçını əhatə etdisə, hazırkı artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıların, yəni 1 milyon 120 minə yaxın insanın  pensiyasına  şamil olunur.

 

Marja xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

 

Nazir qeyd edib ki, digər tərəfdən, 2019-cu ildəki pensiya artımları illik 450 milyon manat vəsait tələb edirdisə, hazırkı artım 560 milyon manat vəsaitin əhaliyə ödənilməsi ilə nəticələnəcək. Bu vəsaitlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək və dövlət büdcəsinə əlavə yük yaratmayacaqdır.

 

Son bir ildəki pensiya artımları hesabına pensiyaçılarımıza 1 milyard manatdan artıq əlavə vəsait ödənilir.  

 

Xəbər verdiyimiz kimi, 2020-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6  faiz artırılır. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

06.02.2020 16:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ