Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda badam bağları salan iri şirkətə yeni direktor təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda badam bağları salan iri şirkətə yeni direktor təyin edilib

Azərbaycanda 4 ildir badam bağları salaraq çərəz bazarına girən “AZBADAM” MMC şirkətinin yeni direktoru təyin edilib.

 

Məlumata görə, Mirzəyev Ramil Mustafa oğlu vəzifəsindən ayrılıb, yerinə Ağayev Anar Hidayət oğlu təyin edilib. Fevralın 1-dən vəzifəsinin icrasına başlayan A.Ağayev buna qədər şirkətin direktor müaini vəzifəsində çalışırdı.

 

O, bu vəzifəyə isə 2019-cu ilin avqustunda “Simin Agro” şirkətindən ayrılaraq gəlmişdi.

 

Bildirək ki, “AZBADAM” şirkəti hazırda ölkənin badam becərmə biznesi üzrə ən böyüyüdür. Şirkət 2016-cı ildə 5 manat nizamnamə kapitalı ilə yaradılsa da sonradan 10,45 milyon manata çatdırılıb. Həmin tarixdə isə şirkəti qanuni olaraq Məmmədov Tural Yaşar oğlu təmsil edirdi.

 

“AZBADAM” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır.

 

İllik istehsal gücü 800 ton badam ləpəsidir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Banker"

07.02.2020 06:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ