Bakıda məşhur mağazalar şəbəkəsi cərimələndi
“MZ Group Azerbaijan” MMC valyuta tənzimi qaydalarını pozduğuna görə inzibati qaydada cərimə edilib.
Xətai Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 7097 ABŞ dolları cərimə edilib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından şirkət tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.
Qeyd edək ki, 1997-ci ildən etibarən fəaliyyət göstərən “MZ Group Azerbaijan” firması Azərbaycanda mağazaçılıq sahəsində fəaliyyət göstərir. “Uspolo Assn”, “Cacharel”, “Hummel”, “Monica Ricci”, “Bytshoes”, “New Balance” kimi dünya geyim markalarını birləşdirərək Azərbaycanda satışı ilə məşğuldur.
Eyni zamanda ”BYT shoes” markasının və mağazalar şəbəkəsinin də sahibidir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 15 d. əvvəl
- 20 d. əvvəl
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi