Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tələbələr üçün Enerji Hakatonu baş tutub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tələbələr üçün Enerji Hakatonu baş tutub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® SOCAR AQŞ və Texas A&M Universitetinin birgə təşəbbüsü ilə Enerji Hakatonu keçirilib. 

 

Reklam_3_11

Dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə zamanı tələbələrdən ibarət komandalar  yarışıb.  7-9 fevral tarixlərində Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçirilən Enerji Hakatonunda iştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürüb.   

 

      İlk mərhələdə ümumilikdə müraciət edən  50 -dən çox komanda arasından seçilmiş 10 komanda yarışıb. Seçilmiş komandalar Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Diplomatik Akademiyası (ADA), Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),  Moskva Dövlət Universitetinin Bakı Filialı kimi ali məktəblərin 3 – 4-cü kurs və magistr tələbələrindən ibarət 4 nəfərlik qruplar olub. 10 iştirakçı komanda tərəfindən 48 saat ərzində təklif edilən ideyalar hakimlər kollegiyası tərəfindən qiymətləndirilib.

 

Hakimlər Kollegiyasında aşağıdakılar təmsil olunub.

 

Ramin İsayev- SOCAR AQS, Baş direktor,

Məmməd Kərim- Khazar Ventures, təsisçi,

Amid Quliyev- Baş proqramçı, mühəndis,

Riad Salayev- McKinsey & Company, konsultant,

Favad Quraişi – Equinor, ölkə meneceri

Şəms Mustafayeva- BMT-nin Əlaqələndirmə üzrə müşaviri

Niall Henderson – BP, vitse prezident

 

 Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət (UFAZ) “Deep divers” komandası – “Duzun qızdırılmasından alınan enerjinin saxlanması”, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət “E- zone” komandası “2*2=5 Enerjinin səmərəli saxlanılmasında ağıllı texnologiyaların tətbiqi”,  Moskva Dövlət Universitetinin Bakı Filialının tələbələrindən ibarət “Amirli” komandası isə “Su elektrik stansiyalarının modifikasiyası” layihəsi ilə  yarışmanın qalibləri olublar.  

 

Bu mərhələnin qalibi olan üç komanda 14-16 fevral tarixlərində Texas A&M Universitetinin təşkil etdiyi Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edəcək.

 

Virtual yarışmanın qalibi olacaq bir komanda Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının 30 mart-2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaqdır. Müsabiqədə iştirak ilə bağlı bütün xərclər SOCAR AQŞ tərəfindən qarşılanacaqdır.

 

Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra inkişaf etdirilə, ölkə sərhədlərini aşan beynəlxalq startup layihəsinə çevrilə bilər.

 

10.02.2020 12:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ