Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hökumət verilmiş güzəşt və azadolmaları nəzarətə götürür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hökumət verilmiş güzəşt və azadolmaları nəzarətə götürür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib.

 

Reklam_3_11

Həmçinin, Nazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydasını təsdiq edən qərarın izahını verib.

 

İzahda qeyd edilib ki, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olmuşdur. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilmişdir.

 

NK-nın qərarında

- vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,

- güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,

- güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə

- və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair tənzimləmələr nəzərdə tutulmuşdur.

 

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi

- büdcə itkilərinin hesablanması,

- ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,

- statistik məlumatlar,

- güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,

- vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,

- idxal-ixrac əməliyyatları,

- dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.

 

Qərar ilə buradan tanış ola bilərsiniz.

 

10.02.2020 18:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ