Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

9100 yeni nəsil kassa aparatı, 1,3 milyard manata yaxın dövriyyə

iç səhifə xəbər başlığı altı (mobil)_31
9100 yeni nəsil kassa aparatı, 1,3 milyard manata yaxın dövriyyə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bu günədək 9100 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb”.

 

Marjanın məlumatına görə, bunu “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda konfransda Dövlət Vergi Xidmətinin rəsmisi İlkin Vəliyev bildirib.

 

“Yeni nəsil onlayn kassa aparatlarının quraşdırılmasına 2019-cu ildə başlanılıb. İndiyədək 9100 nəzarət kassa aparatı quraşdırılıb. Bu aparatlar ilə 105 milyon çek çap olunub, 1 milyard 295 milyon manata yaxın dövriyyə keçib”, - İlkin Vəliyev bildirib.

 

İlkin Vəliyev əlavə edib ki, yeni nəsil kassa nəzarət aparatlarının 2021-ci ilin sonunadək quraşdırılması nəzərdə tutulsa da, Dövlət Vergi Xidməti bu prosesi daha tez başa çatdırmağı nəzərdə tutur:

 

"Biz yeni nəsil kassa aparatlarının quraşdırılmasını sürətləndirməliyik, çünki 2021-ci ilin sonu gecdir. Çalışacağıq ki, prosesi qısa müddətdə yekunlaşdıraq".

 

2019-cu ildən pərakəndə ticarət və ictimai iaşə obyektlərində, yanacaqdoldurma məntəqələrində Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil onlayn kassa aparatları quraşdırılır. Bu kassalar pul hesablaşmaları barədə məlumatları internet üzərindən Vergilər Nazirliyinin bazasına ötürür. 

11.02.2020 14:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ