Bakıda natəmiz quş kəsimi sexi aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi 43 ünvanında fiziki şəxş Rəhimov Məsud Akif oğluna məxsus quş kəsimi sexinə reyd keçiriblər.
Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.
Yoxalama zamanı müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aşkarlanıb. Baxış zamanı quş əti emalı müəssisəsinin ərazisinə qəbuldan əvvəl, daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, quşların kəsimdən öncəki müayinəsi, karkasların və daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytarlıq-sanitariya nəzarəti baytar həkim tərəfindən aparılmadığı müəyyən olunub. Bundan başqa hazır məhsulların saxlanması zamanı, mövcud normativ-texniki sənədlərdə nəzərdə tutulmuş temperatur və rütubət şərtlərinə əməl olunmadığı müşahidə olunub.
Aşkarlanmış nöqsanlara görə qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qanunvericiliklə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə kəsim kəsimin həyata keçirilməsi yolverilməzdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl