Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rauf Arifoğlunun dairəsi də ləğv edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rauf Arifoğlunun dairəsi də ləğv edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.

 

Reklam_3_11

Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

 

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib:

 

“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

 

İclasda həmin dairə üzrə səsvermənin nətciələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.


Bu dairənin lider namizədi Rauf Arifoğludur (Abbasov).

 

Xatırladaq ki, bu gün MSK 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini də ləğv edib.

13.02.2020 14:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ