Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank Kənd Təsərrüfatı Nazirliyinin bu sisteminə qoşulan ilk bank oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank Kənd Təsərrüfatı Nazirliyinin bu sisteminə  qoşulan ilk bank oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması üçün Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə qoşulub. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bu sistemə qoşulan ilk bank olub.

 

Reklam_3_11

Qeyd edək ki, AzALES adlanan sistem Agentlik üçün Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Yeni innovativ həll aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir.

 

Sistem fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. Eyni zamanda, bank və kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri düzgün qiymətləndirmək üçün şərait yaradır.

 

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, kənd təsərrüfatı layihələrinə maliyyə dəstəyinin təmin olunması hazırda bank üçün əsas prioritetlərdəndir. Bank qeyri-neft sektorunun digər istiqamətləri  kimi, aqrar sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlarla da əlaqələri genişləndirir:

 

“Kənd təsərrüfatı layihələrinə kredit ayrılan zaman risklərin düzgün qiymətləndirilməsi bank üçün çox mühümdür. AzALES sisteminə qoşulmağımız bu baxımdan böyük fayda verəcək. Sərfəli şərtlərlə təklif etdiyimiz kredit məhsulları kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan olacaq. Kredit müraciətlərinə baxılmasının sürətləndirilməsi ilə yüksək müştəri məmnuniyyətinə də nail olacağıq”.

14.02.2020 11:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ