Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Novruz bayramında İrandan Azərbaycana turist axını gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Novruz bayramında İrandan Azərbaycana turist axını gözlənilir

Bu il Novruz bayramında Tehran ilə yanaşı, Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq.

 

Reklam_3_11

Bu sözləri  İranın “Aysan pərvaz” turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrezayi deyib. O bildirib ki, ötən il şirkət 25 min nəfərin Azərbaycana səfərini təşkil edib. Qarşıdan gələn Novruz bayramında isə İrandan Azərbaycana 15 mindən çox turistin səfəri planlaşdırılıb.

 

Şirkət rəhbəri nəzərə çatdırıb ki, Azərbaycan İranın ən yaxın qonşusudur və dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişafı turizmin də inkişafına təkan verir. Xalqların qohumluq əlaqəsi, eyni milli və dini dəyərlərə malik olması İran turistlərinin Azərbaycana səfərlərini şərtləndirir. Onun sözlərinə görə, indiyə kimi heç bir turist Azərbaycandan narazı qayıtmayıb.

 

İranlı turistlər yalnız Bakı şəhərinə səfər etməklə kifayətlənmirlər. “Aysan pərvaz” şirkətinin Bakıda “Bakı star” filialı fəaliyyət göstərir. Filial Bakıda səfərdə olan turistlərin Azərbaycanın rayonlarına səfərlərini təşkil edir. Turistlər Qəbələyə, Xınalığa, Nabrana və digər görməli və gəzməli məkanlara aparılır.

 

Gələcək planlarından danışan S.M.Mirrezayi Naxçıvan Muxtar Respublikasına da çarter reyslər təşkil etmək niyyətində olduqlarını bildirdi. Hazırda bu istiqamətdə iş aparılır. Eyni zamanda, Azərbaycandan İrana turist səfərlərinin təşkil edilməsi üçün də planlar mövcuddur.

 

Baş direktor onu da nəzərə çatdırdı ki, Bakının gözəlliyi, tarixi abidələrlə zəngin olması və insanların qonaqpərvərliyi iranlı turistlərin diqqətini daha çox cəlb edir.

YATIRIM İNDİ DAHA RAHAT

 

© Azərtac 

17.02.2020 06:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ