Azərbaycanda informasiya texnologiyaları şirkəti cərimələndi
Azərbaycanda informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən “Cyberspace” MMC inzibati qaydada cərimə edilib.
Nəsimi Rayon Məhkəməsi valyuta tənzimi qaydalarını pozduğuna görə, şirkətin 4 676 avro cərimə olunması barədə qərar çıxarıb.
“Cyberspace” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən “Cyberspace” MMC informasiya texnologiyaları bazarında avadanlıqların alınması və quraşdırılması, eləcə də proqram təminatı üzrə konsultant məsləhətçi xidmətlərini əhatə edən fəaliyyət həyata keçirir.
Hal-hazırda qüvvədə olan Qaydalara əsasən, xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirlər. Təklif olunur ki, valyuta tənzimi əvvəlki formaya 360 günə qaytarılsın və bundan əlavə bəzi mürəkkəb avadanlıqların idxalı zamanı xüsusi mexanizmlər, məsələn sövdələşmə tarixçəsi tətbiq edilsin.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 40 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 5 saat əvvəl