Dövlət birinin qiyməti 100 manat olan 100 min istiqraz satışa çıxarır - 8,5% GƏLİR
18 fevral 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
"Marja" istiqrazların buraxılış parametrləri barədə məlumata istinadən xəbər verir ki, emissiyanın həcmi 10 milyon manatdır. Emissiya hər birinin nominal dəyəri 100 manat təşkil edən 100 min istiqrazdan ibarətdir.
İstiqrazların tədavül müddəti 1820 gündür (5 illik).
Faiz ödənişləri 28 iyul 2020-ci il, 26 yanvar 2021-ci il, 27 iyul 2021-ci il, 25 yanvar 2022-ci il, 26 iyul 2022-ci il, 24 yanvar 2023-ci il, 25 iyul 2023-cü il, 23 yanvar 2024-cü il, 23 iyul 2024-cü il və 21 yanvar 2025-ci il tarixlərində həyata keçiriləcəkdir.
İstiqraz üzrə təklif edilən faiz gəliri 8.5 %-dir.
İstiqrazın əsas vəsaitinin geri ödəmə tarixi 21.01.2025-ci ildir.
Yerləşdirmənin anderrayteri "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
11 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 13 saat əvvəl
- 13 saat əvvəl