Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

5 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 7-nin ötən il aylarında xüsusi ehtiyatlara ayırmaları əvvəlki illə müqayisədə çox olub.

 

Reklam_3_11

Bunlar "Naxçıvan Bank", "Bank Respublika", "Muğan Bank", "Kapital Bank", "Yapı Kredi Bank Azərbaycan", "Turan Bank" və "Amrah Bank"dır. Ən yüksək dinamika "Naxçıvan Bank"da (9,6 dəfə), ən aşağı dinamika isə "Amrah Bank"da (2,1%) qeydə alınıb.

 

5 bankın - "Xalq Bank", "Zıraat Bank Azərbaycan", "Günay Bank", "Yelo Bank" və "Rabitəbank"ın isə xüsusi ehtiyatlara ayırmaları illik müqayisədə azalıb. Ən çox azalma "Rabitəbank"da (94%), ən az azalma isə "Xalq Bank"da (22,9%) qeydə alınıb.

 

2 bankın - "Bank Avrasiya" və "AGBank"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Müvafiq olaraq 86,4% və 56,9%.

 

3 bankın - "Bank of Baku", "Azərbaycan Beynəlxalq Bankı" və Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb. Müvafiq olaraq 17,8%, 59,1% və 71,8%.

 

8 bank - "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Premium Bank" və "Unibank" ötən il xüsusi ehtiyatlara vəsait ayırıb, əvvəlki il bu istiqamətdə qənaət edib, 4 bank - "Bank BTB", "Bank VTB Azərbaycan", "Express Bank" və "NBC Bank" isə ötən il xüsusi ehtiyatlar üzrə qənaət edib, əvvəlki il bu istiqamətdə vəsait ayırıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

 9 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb

 

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 9-u bu ötən il xüsusi ehtiyatlara vəsait ayırmayıb.

 

Həmin banklar Pakistan Milli Bankının Bakı filialı, "Bank Avrasiya", "NBC Bank", "Bank BTB", "AGBank", "Bank VTB Azərbaycan", "Express Bank", "Bank of Baku" və "Azərbaycan Beynəlxalq Bankı"dır. Bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Qənaətin ən yüksək həddi "Azərbaycan Beynəlxalq Bankı"nda (53,267 milyon manat), ən aşağı həddi Pakistan bankında (33 min manat) qeydə alınıb.

 

Qalan 20 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən yüksək göstərici "Kapital Bank"da (125,554 milyon manat), ən aşağı göstərici isə "Azərbaycan Sənaye Bankı"nda (120 min manat) qeydə alınıb.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Renkinq"

18.02.2020 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ