Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank "Sədərək" ticarət mərkəzinə daxil oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank "Sədərək" ticarət mərkəzinə daxil oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Kiçik və Orta Sahibkarlara (KOS) xidmət göstərmək üçün yeni şöbə açıb.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, "Sədərək" ticarət mərkəzinin ərazisində yerləşən şöbənin açılışı fevralın 17-də baş tutub.

 

Şöbənin açılış mərasimində çıxış edən PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucov qeyd edib ki, KOS müştərilərinə xidmət göstərəcək yeni şöbə sahibkarlara geniş çeşiddə bank məhsulları və xidmətləri təqdim edəcək, həmçinin rəqəmsal həllərin istifadəsinə keçiddə iş adamlarına dəstək olacaqdır.

 

“Ölkənin aparıcı korporativ maliyyə institutu kimi real sektorla sıx əlaqədə olduğumuz üçün, son bir neçə ildə uğurla həyata keçirilən iqtisadi islahatların iqtisadiyyatın bir çox sahələrində maksimal şəffaflığın təmin edilməsi üçün zəmin yaratdığını müşahidə edirik. Eyni zamanda, Azərbaycanda rəqəmsal texnologiyaların istifadəsinə keçid üçün çox əlverişli bir mühit formalaşmışdır ki, bu da sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlavə stimul olacaqdır. Ölkənin bank sektorunda innovativ texnologiyaların tətbiqinin flaqmanı olan PAŞA Bank KOS-lara onlayn şəkildə cari və kart hesablarını açmaqda, faktorinq xidmətlərinə müraciət etməkdə, tarif paketlərinə qoşulmaqda və digər bank əməliyyatlarını sahibkar üçün uyğun olan vaxtda məsafədən həyata keçirməkdə öz təcrübə və dəstəyini təklif edir", - deyə C. Orucov bildirib.

 

Qeyd edək ki, "Sədərək" ticarət mərkəzinin ərazisində yerləşən PAŞA Bankın şöbəsi Kiçik və Orta sahibkarlara həftənin yeddi günü xidmət göstərəcəkdir.

18.02.2020 07:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ