“Unibank” kreditləri ucuzlaşdırıb
“Unibank” ASC kredit tarixçəsi olmayan yeni müştərilərə verdiyi nağd pul kreditlərinin illik dərəcəsini 1 faiz bəndi azaldıb.
Hazırda sözügedən kateqoriyaya aid müştərilərə kredit illik 29%-lə təklif edilir. İndiyə qədər bu, 30% olub.
“Unibank”ın təkrar müştəriləri, eləcə də Bankın əmək haqqı kartına sahib müştərilər üçün isə kreditlərin illik faiz dərəcəsi yenə də 23%-dən başlayır.
Qeyd edək ki, “Unibank”da nağd pul kreditlərinin məbləği 300 manatdan 5 min manata qədər, müddəti isə maksimum 2 ildir. Kreditə görə komissiya haqqı lazımi prosedurlar üçün 2% (minimum 10 manat), nağdlaşdırma üçün isə 1% (minimum 10 manat) olmaqla hesablanır.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl
- 4 saat əvvəl