Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu gün Türkiyə faiz qərarını açıqlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Türkiyə faiz qərarını açıqlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Türkiyə Mərkəzi Bankı (TCMB) Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.


"Marja"nın məlumatına görə, Türkiyə Mərkəzi Bankının faiz qərarı məzənnə baxımından əhəmiyyətli ola bilər. 

 

Bazarlar Bankın faizi 0,25 bənd endirərək 11,25%-dən 11%-ə salacağını gözləyir. Faizdə 0,50 bənd endirim ediləcəyi proqnozu da verilib.
 

Mərkəzi Bankın faizi sabit saxlayacağını hesab edənlər də çoxdur. İnflyasiyanın 12.15%-ə yüksəlməsi Mərkəzi Bankın faiz endiriminə davam etməsini çətinləşdirir. 

 

"Foreks"in sorğusuna qatılan 21 iqtisadçının 8-i Türkiyə Mərkəzi Bankının faizdə dəyişiklik etməyəcəyini düşünür, 8 iqtisadçı 0,50 bənd, 3 iqtisadçı 0,25 bənd, 2 iqtisadçı isə 0,75 bənd endirim olacağı proqnozunu verib. 

 

"Reuters"in 15 təşkilatın iştirakı ilə keçirdiyi sorğuya görə, faiz 0,50 azaldılaraq 10.75 %-ə salınacaqdır. 

 

Bu həftə beynəlxalq kredit reytinqi təşkilatı "Fitch" Türkiyə qiymətləndirməsini açıqlayacaq. Fitch,  1 Noyabrda ölkənin "mənfi" olan proqnozunu "sabit"ə yüksəldmiş, kredit reytinqini BB- olaraq təsdiq etmişdi.

 

"Ata Yatırım" şirkətinin Direktoru Cem Tözge, "Mərkəzi Bankından kiçik bir faiz endirimi ola bilər ya da heç dəyişiklik olmaya bilər. Son baxdığımız kredit rəqəmləri, inflyasiyadakı son rəqəm səbəbi ilə bəlkə bu yığıncağı pas keçə bilər" ifadəsini istifadə edib. Tözge, məzənnənin, geosiyasi risklər və Mərkəzi Bank qeyri-müəyyənliyi ilə 6 üzərindəki hərəkətini davam etdirə biləcəyini söyləyib. 

 

Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarının və Fed protokollarının izləniləcəyi yeni günə dollar/TL məzənnəsi 6,06 səviyyəsindən başlayıb.

 

ABŞ Mərkəzi Bankı (Fed), 28-29 Yanvar yığıncağının protokollarını Bakı vaxtı ilə saat 22.30-da açıqlayacaq.

19.02.2020 06:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ