Bəyannamələrin tərtibi ilə bağlı yeni qaydalar müəyyənləşib
Vergilər Nazirliyi "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)"nin tərtib edilməsi qaydasını və hesabat formasını yeni redaksiyada təsdiq edib.
1 aprel 2020-ci ildən qüvvəyə minəcək yeni qaydalarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində, Bəyannamə Tərtibatı Proqramında müvafiq dəyişikliklərin aparılması tapşırılıb.
Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini Azərbaycan Respublikası ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, eləcə də digər qanunvericilik aktları əsasında məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərtib edib vergi orqanına təqdim etməlidirlər.
Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprel, iyul, oktyabr və yanvar aylarının 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
19 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək