Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 14 bank mənfəət vergisi ödəməyib - ADLARI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 14 bank mənfəət vergisi ödəməyib - ADLARI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 14-ü ötən il mənfəət vergisi ödəməyib.

 

Həmin banklar "Access Bank", "AGBank", "Amrah Bank", "Bank BTB", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Günay Bank", "Muğan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank", "Turan Bank", "Unibank" və "Yelo Bank"dır.

 

Baxmayaraq ki, adı çəkilən banklardan 9-u - "Bank BTB", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Günay Bank", "NBC Bank", "Rabitəbank", "Turan Bank", "Unibank" və "Yelo Bank" 2019-cu ili mənfəətlə başa vurub.

 

Qalan 15 bank isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"nda (72,473 milyon manat), ən aşağı göstərici isə İran Milli Bankının Bakı filialında (14 min manat) qeydə alınıb.

 

5 bankın mənfəət vergisi ödəmələri azalıb


 
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 7-nin ötən il ödədiyi mənfəət vergisi əvvəlki ilə nisbətən çox olub.

 

Bunlar "Azər-Türk Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Kapital Bank", İran Milli Bankının Bakı filialı və "Bank Avrasiya"dır. Ən yüksək dinamika "Azər-Türk Bank"da (4,1 dəfə), ən aşağı dinamika isə "Bank Avrasiya"da (4,6%) qeydə alınıb.

 

5 bankın - "Naxçıvan Bank", "PAŞA Bank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan" və "AFB Bank"ın isə mənfəət vergisi ödəmələri illik müqayisədə azalıb. Ən çox azalma "AFB Bank"da (52,5%), ən az azalma isə "Naxçıvan Bank"da (5,8%) qeydə alınıb.

 

3 bank - "Azərbaycan Beynəlxalq Bankı", "Bank of Baku" və "Express Bank" ötən il mənfəət vergisi ödəyib, əvvəlki ilə ödəməyib, 14 bank - "Access Bank", "AGBank", "Amrah Bank", "Bank BTB", "Bank Respubika", "Bank VTB Azərbaycan", "Günay Bank", "Muğan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank", "Turan Bank", "Unibank" və "Yelo Bank" isə həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

© Renkinq

20.02.2020 06:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ