Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın iri spirtli içki istehsalçısı gücünü artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri spirtli içki istehsalçısı gücünü artırır

Azərbaycanın iri spirtli içki istehsalçısı olan "Cəlilabad 2" şərab zavodu yeni şərab istehsalı xətti üzərində işləyir.

 

Reklam_3_11

Bu barədə müəssisədən bildiriblər.

 

Mənbənin məlumatına görə, söhbət quru və yarımquru şərablardan gedir:

 

"Əlavə istehsal xətti hesabına şərab məhsulunun istehsalını artırmaq planlaşdırılır. Zavodda sutkada təxminən 18 min şüşə şərab istehsal olunur, yeni xətt işə düşdükdən sonra bu göstəricinin 25 min şüşəyədək çatdırılması planlaşdırılır. Ötən ilin ilk 10 ayı ərzində zavodda 180 min dekalitrdən çox şərab istehsal olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur. Hazırda müəssisədə konyak spirti də daxil olmaqla 12-dən çox spirtli içki növü istehsal olunur".

 

Müəssisədən bildiriblər ki, gələn ildən xaricdən alınan müasir avadanlıqlar hesabına məhsul istehsalının həcminin artırılması planlaşdırılır:

 

"Biz araq məhsulunun istehsalını artırmağı planlaşdırırıq. Bunun üçün artıq yeni avadanlıq və texniki filtrlər quraşdırılıb".

 

©Trend

20.02.2020 06:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ