İtaliya şirkəti sərmayələrin cəlb olunmasında Azərbaycana yardım göstərəcək

İtaliyanın enerji turbinləri istehsal edən “Ansaldo Energia” şirkəti Azərbaycanda elektrik enerjisi istehsalının müxtəlif layihələrini öyrənmək üzrə iki müqavilə imzalayıb.

 

İtaliya KİV-ləri xəbər verir ki, hər iki Anlaşma Memorandumu Azərbaycanın enerji sisteminin inkişafı və keçid dövrü proqramlarının həyata keçirilməsində ölkəyə potensial yardıma istiqamətlənib. Layihələr həm ənənəvi, həm də bərpa olunan enerji mənbələrini əhatə edə bilər.

 

“Azərenerji” ASC ilə imzalanan ilk memorandum çərçivəsində “Ansaldo Energia” ölkədə mövcud olan iki buxar-qaz elektrik stansiyasına xidmət üçün 10 illik müqavilə üzrə iqtisadi təklif təqdim edəcək. Bu həm də yeni “Yaşma” zavodunun, 1000 MVt gücündə buxar-qaz elektrik stansiyasının inşası barədə saziş üzərində sıx əməkdaşlıq üçün zəmin yaradır. “Ansaldo Energia” müqavilənin bu son hissəsinə uyğun olaraq, mühəndislik, satınalma və tikinti xidmətləri təqdim edəcək.

 

“Enerji keçidi Azərbaycan üçün strateji hədəfdir. Bu, bərpa olunan enerji sektoruna sərmayəni stimullaşdırır. İmzalanan müqavilələrə əsasən, “Ansaldo Energia” ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin (BOEM) düzgün idarə edilməsini təmin etmək üçün özünü sistem inteqratoru kimi təqdim edir”, - “Ansaldo Energia” şirkətinin baş direktoru Cüzeppe Marino deyib.

 

Azərbaycan Energetika Nazirliyi ilə imzalanan ikinci memorandum isə enerji potensialının təhlilini və Azərbaycanda davamlı və bərpa olunan enerji layihələrinə investisiya qoymaq üçün uyğun şəraitin yaradılmasını nəzərdə tutur.

 

Anlaşma Memorandumlarının imzalanması Romada baş tutub.

 

© Report

21 Fevral 2020 , 13:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin