"Azercell” sərmayəni kəskin artırıb

Azercell Telekom 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat, 23 il ərzində isə 1 milyard 845 milyon manat vergilər də daxil olmaqla, dövlət büdcəsinə ödənişlər edib.

 

Marja xəbər verir ki, bu, şirkətin 2019-cu ilin hesabat konfransında bildirilib.

 

"Azercell” şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat köçürmüşdü. 

 

Ötən il Şirkət tərəfindən Azərbaycanda telekommunikasiyanın inkişafına ötən il 94,5 milyon ABŞ dolları, ümumilikdə isə 1 milyard 621 milyon ABŞ dollarından artıq sərmayə yatırılıb

.  

"Azercell” ölkədə telekommunikasiyanın inkişafına 2018-ci ildə 59,5 milyon ABŞ dolları sərmayə yatırmışdı. Beləliklə, ötən il "Azercell” sərmayəni 35 milyon dollar və ya 58,8% artırıb.

21 Fevral 2020 , 19:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin