Türkiyənin kredit reytinqi təsdiq edildi
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Türkiyənin kredit reytinqini "BB-" və proqnozunu "sabit" olaraq təsdiq edib.
Marja xəbər verir ki, "Fitch Ratings"in yaydığı açıqlamada, iqtisadi artımın güclü bir şəkildə toparlandığı, inflyasiyanın keçən ilin əvvəlində çatdığı 20% səviyyələrindən aşağı düşdüyü, cari kəsirin azaldığı və xarici risklərin də hələ yüksək səviyyələrdə olmasına baxmayaraq azaldığı bildirilib.
"Fitch Ratings" Türkiyə iqtisadiyyatının 2020-ci il iqtisadi artım proqnozunu 0,8 bənd artırıb və iqtisadiyyatın bu il 3,9% artacağını gözləyir.
Açıqlamada, sərmayələrin və istehlakın artdığı, aşağı faiz nisbətləri və kreditdəki sürətli yaxşılaşmanın daxili tələbi artırdığı vurğulanıb.
Türkiyə iqtisadiyyatının 2021-ci ildə 4% artacağının gözlənildiyi vurğulanan açıqlamada, ölkənin yüksək xarici maliyyə ehtiyacının bir kövrəklik qaynağı olmağa davam etdiyi bildirilib.
Açıqlamada, cari kəsrin ümumi daxili məhsula nisbətinin 2020-də 0,9% olmasının gözlənildiyi qeyd edilərək, söz mövzusu nisbətin 2021-də isə 1,8% təşkil edəcəyi təxmin edilib.
Açıqlamada, inflyasiya nisbətinin 2020-ci ilin sonunda 10,5%, 2021-də isə 10% səviyyəsində reallaşmasının nəzərdə tutulduğu qeyd edilib.
Bankların valyuta borclanmalarının bu il sabit qalmağa davam etməsinin gözləməsinə də yer verilən açıqlamada, bəzi yaxın dövr geosiyasi risklərin Türkiyənin reytinqi üzərində təsirli olmağa davam etdiyi ifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 22 d. əvvəl
-
33 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl