Azərbaycanda istixanların sayı 3 mini keçib
Ötən il Azərbaycanda istixanların sayı 109 ədəd artıb.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 3019 istixana fəaliyyət göstərib.
2018-ci ilin sonunda ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2 min 910 istixana fəaliyyət göstərirdi.
2019-cu ildə istixanalarda 216 min 586 ton pomidor, 16 min 685,8 ton xiyar, 5 min 439,1 ton badımcan, 269 ton bibər, 69,3 ton soğan, 5,4 ton lobya, 4 ton kələm, 1,7 ton sarımsaq, 574,4 ton göbələk və 69,2 ton çiyələk istehsal olunub.
Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Masallı və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl