Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AtaBank-ın İdarə Heyəti tam və 3 departament direktoru işindən azad olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
AtaBank-ın İdarə Heyəti tam və 3 departament direktoru işindən azad olunub

AtaBank-ın rəhbərliyinin işdən azad olunduğu rəsmi təsdiq olunub.

 

Marja xəbər verir ki, Bankın saytında “Rəhbərlik” bölməsindən İdarə Heyətində təmsil olunan bütün şəxslərin adları çıxarılıb.

 

AtaBank-ın İdarə Heyəti sədri Dəyanət Quliyev, İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı, İdarə Heyəti Sədrinin müavinləri Rauf HüseynovKamran Orucəliyev idi.

 

Həmçinin, Daxili Audit Departamentinin Direktoru Osmanlı Elmir Əjdər oğlunun, Özəl Bankçılıq Departamentinin Direktoru Acalov Fəxri Fuad oğlunun və Komplayens Departamentinin Direktoru Həsənova Durna Sabutay qızının adları yenilənmiş “Rəhbərlik” siyahısında yer almayıb.

 

AtaBank-dan Marja-ya bildirildi ki, "Rəhbərlik" siyahısından adları çıxarılan şəxslər artıq həmin vəzifələri icra etmirlər. Adları siyaıda yer almayan departament rəhbərləri öz ərizələri ilə işdən azad ediliblər.

 

Həmçinin AtaBankdan Marja-ya bildirilib ki, İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilmiş Kamran Orucəliyev İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.

24.02.2020 05:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ