Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Təbii qaza 42 mindən çox qanunsuz qoşulma - QANUNVERİCİLİKDƏ TƏKMİLLƏŞDİRMƏ İŞLƏRİ APARILIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təbii qaza 42 mindən çox qanunsuz qoşulma - QANUNVERİCİLİKDƏ TƏKMİLLƏŞDİRMƏ İŞLƏRİ APARILIR

2019-cu ilin 12 ayı ərzində qeyri-qanuni qoşulma hallarına görə ölkə üzrə 42 839 (42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunub.

 

Bu barədə Marja-ya “Azəriqaz”dan bildirilib.

 

Qeyd edilib ki, 67 531 071 m3 (bura qeyri-əhali qrupuna aid 5 902 291 m3 də daxildir) qaz itkisi hesablanıb. Qaz təsərrüfatına 6 753 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 180 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxtətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2199 akt tərtib olunub.

 

“Azəriqaz” İB qaz kəmərlərinə qanunsuz qoşulmaların qarşısını almaq üçün kəmərləri saxlayan dirəklərdən deşik açmaq məcburiyyətində qalıb. Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından gətirir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına qaynaqsız olduğu üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur. Belə hallarla daha çox Sabunçu rayonunun Maştağa və Nardaran kəndləri, Kürdəxanı qəsəbəsi, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsi, Suraxanı rayonunda Zığ kəndi, Xəzər rayonunda Binə qəsəbəsində rastlaşmaq mümkündür. “Azəriqaz” İB-nin qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur. Amma bilinən odur ki, bəziləri öz həyətindən də digər qonşularına qaz paylayır, istixanalarını da qazla təmin edir, bir sözlə özü üçün mini “qaz paylayıcı şəbəkə” yaradır.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin bu Qaydalarda itirilmiş qazın bərpası üçün borcun hesablanmasına aid hansısa bir düstur yoxdur. Elə buna görə də mövcud qanunvericiliyin üzərində təkmilləşdirilmə işləri aparılır.

24.02.2020 10:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ