Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkəti 500 min unsiya qızıl ehtiyatı olan sahədə hasilata hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti 500 min unsiya qızıl ehtiyatı olan sahədə hasilata hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızıl daxil digər qiymətli metalların hasilatı ilə məşğul olan dövlətə məxsus “AzerGold” QSC yeni sahələrin işə salınması üzrə də intensiv işlər görür.

 

Marja-nın məlumatına görə, “AzerGold” QSC-də 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, 2021-ci ildə “Çovdar” yatağının cınaqları, yəni “AzerGold”un geoloqları tərəfindən kəşf edilən “Ağyoxuş” və “Mərəh” sahələrinin istismara verilməsi planlaşdırılır:

 

““Ağyoxuş” yatağının potensialı 40 min unsiya qızıl hesablanıb. “Mərəh” sahəsində də ilkin kəşfiyyat işləri müsbət nəticələnib, ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. Göygöl rayonunda yerləşən və potensial resursu 500 min unsiya qızıl qiymətləndirilən “Tulalar” yatağının şimal hissəsində hasilat işlərinə start vermək üçün kəşfiyyat və layihələndirilmə işlər bu il də davam da etdiriləcək. “Tulalar” yatağının cənub hissəsində də resursların artırılması üzrə üzrə əlavə  qazma işləri sona çatdırılıb, cari ildə resursların hesablanması aparılacaq. “Ağyoxuş”, “Mərəh” və “Tulalar” sahələrində 2021-ci ildə hasilata başlamaq nəzərdə tutulur”.

 

Zakir İbrahimov əlavə edib ki, “Çovdar” yatağının yeraltı sulfid  fazasının  təsdiqlənmiş ehtiyatları 350 min unsiya qızıl və 925 min unsiya gümüşdür: “Resurların artırılması istiqamətində əlavə qazma işləri həyata keçirililmişdir. “Çovdar” yatağının yeraltı sulfid fazasında hasilata 2024-cü ildə başlamaq nəzərdə tutulub”.

 

Şirkətin sədri bildirib ki, filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilən “Filizçay”da da hasilatın başlaması üçün işlər görülür. “Filizçay”da ilkin hesablanmış filiz ehtiyatları  60 milyon tondur,  planlaşdırılan tədqiqat işləri nəticəsində ehtiyatların 120 milyon tona kimi artacağı gözlənilir. Biz bütün qüvvələrimizi səfərbər etmişik ki, hasilata 2025-ci ildə başlayaq”.

25.02.2020 07:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ