“Bakı Fond Birjası” və “Günay Sığorta” memorandum imzalayıb
Kapital bazarından maliyyələşməni təşviq edən və bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətlərinin göstərildiyi Listinq Məsləhət Proqramına (LMP) “Günay Sığorta” ASC tərəfdaş qimsində qoşulub.
Bununla əlaqədar olaraq, “Bakı Fond Birjası” QSC (BFB) və “Günay Sığorta” ASC arasında “Listinq Məsləhət Proqramı” üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Proqramın əsas məqsədi qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına və kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir. Proqrama şirkətlər həm emitent, həm də tərəfdaş qismində qoşulmaqla Bakı Fond Birjası ilə əməkdaşlıq edə bilərlər.
Bu proqrama tərəfdaş qismində qoşulan şirkətlər emitentlərə güzəştli əsaslarla öz xidmətlərini təklif etmək imkanı əldə etmiş olurlar. Bununla da, LMP daxilində emitent qismində qoşulan şirkətlərin həm qiymətli kağız buraxılışına hazırlaşa biləcəyi, həm də müxtəlif istiqamətlərdə tərəfdaşlar qazana biləcəyi dayanıqlı ekosistem formalaşdırılmış olunur.
Memoranduma əsasən Günay Sığorta şirkəti Listinq Məsləhət Proqramı çərçivəsində emitent qismində qoşulan şirkətlərə güzəştli əsaslarla sığorta xidmətinin göstərilməsi və bu istiqamətdə məsləhət xidmətlərinin göstərilməsi üzrə Bakı Fond Birjası ilə əməkdaşlıq edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl